Çempionlar Liqası

Çempionlar Liqasında 2-ci turun ən yaxşı futbolçusu bəlli oldu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılan sorğuda Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo ən yaxşı seçilib. Dortmund “Borussiya”sı ilə qarşılaşmada (3:1) dubla imza atan portuqaliyalı forvard azarkeşlərin 35 faizinin səsini qazanıb.

İkinci pillədə Fransanın PSJ klubunun braziliyalı forvardı Neymar qərarlaşıb. Bavariya ilə oyunda (3:0) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu 27 faiz səs toplayıb.

İlk üçlüyü İngiltərənin "Tottenhem" klubunun hücumçusu Harri Keyn qapayır. APOEL-lə səfər oyununda (3:0) het-trik edən futbolçu 16 faiz səs toplaya bilib.