Çempionlar Liqası

Strotman: “Qarabağ”la oyun çətin olacaq”

“Qarabağ”la oyun çətin olacaq. Onlar Çempionlar Liqasının qrup mərhələsinin birinci oyununda "Çelsi"yə 0:6 hesabı ilə uduzublar. Buna görə də doğma meydanda qələbə qazanmaq istəyəcəklər”.

Dsport.az xəbər verir ki, bu sözləri “Roma”nın futbolçusu Kevin Strotman ÇL-in 2-ci turunda keçirəcəkləri "Qarabağ"la səfər oyunu ilə bağlı fikirlərini bildirərkən deyib. “Tvitter” hesabında azarkeşlən ona verdiyi sualları cavablandıran 27 yaşlı hollandiyalı yarımmüdafiəçi Ağdam klubunun ÇL-də oynamağa layiq komanda olduğunu vurğulayıb: 

“Bizi təyyarə ilə 4-5 saatlıq yol gözləyir. “Qarabağ” ÇL-də oynamağa layiq komandadı. Bunu da qrup mərhələsində öz azarkeşlərinə sübut etməyə çalışacaq. Məhz bu bizim üçün çətin oyun olacaq”.

Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də keçiriləcək.