Çempionlar Liqası

“Qarabağ”a vurulan qol ən yaxşı ola bilmədi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı qolları müəyyənləşib.

Dsport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılmış sorğu nəticəsində Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Cenk Tosunun Portuqaliyada "Portu"nun qapısına vurduğu qol birinci yeri tutub. Onun 28-ci dəqiqədə 25 metr məsafədən vurduğu qol 37 faiz səs toplayıb.

İkinci yeri 19 faiz səslə İngiltərənin "Çelsi" klubunun hücumçusu Pedro Rodriqesin Azərbaycan çempionu “Qarabağ”la ev oyununda vurduğu qol tutub. Bu qol 19 faiz səs toplayıb. 

İlk “üçlüy”ü İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin İtaliya “Yuventus”una vurduğu qol qapayır. Onun vurduğu top isə 18 faiz səs toplayıb.