Çempionlar Liqası

ÇL-də 3-cü mərhələ: ilk oyunlara yekun vuruldu

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” evdə “Şerif”lə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesab açılmayıb - 0:0.

Türkiyəni təmsil edən "Başakşəhər" səfərdə Belçika "Brügge"si ilə məhsuldar heç-heçəyə imza atıb.

Ümumiyyətlə, bu mərhələdə baş tutan oyunların nəticələri aşağıdakı kimidi:

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
25 iyul

Qarabağ (Azərbaycan) - Şerif (Moldova) 0:0

Slaviya (Çexiya) - BATE (Belarus) 1:0

AEK (Yunanıstan) - ÇSKA (Rusiya) 0:2

Styaua (Rumıniya) - Viktoriya (Çexiya) 2:2

Vardar (Makedoniya) - Kopenhagen (Danimarka) 1:0

Partizan (Serbiya) - Olimpiakos (Yunanıstan) - 1:3

26 iyul

Astana (Qazaxıstan) - Legiya (Polşa) 3:1

Dinamo K (Ukrayna) - Yanq Boyz (İsveçrə) 3:1

Zalsburq (Avstriya) - Riyeka (Xorvatiya) 1:1

Hapoel (Beer-Şeva, İsrail) - Ludoqorets (Bolqarıstan) 2:0

Vitorul (Rumıniya) - APOEL (Kipr) 1:0

Maribor (Sloveniya) - Hafnarfyordur (İslandiya) 1:0

Nitsa (Fransa) - Ayaks (Hollandiya) 1:1

Seltik (Şotlandiya) - Rusenborq (Norveç) 0:0

Brügge (Belçika) - Başakşəhər (Türkiyə) 3:3