Tennis

Cokoviç Federeri məğlub edib, "US Open" turnirinin qalibi oldu

Novak Cokoviç US Open turnirinin qalibi olub. Bu, onun karyerası ərzində "Böyük Dəbilqə" seriyasında çempion olduğu 10-cu turnirdi.

ABŞ açıq çempionatının finalında serbiyalı Novak Cokoviç isveçrəli Rocer Federer üzərində 3:1 (6:4, 5:7, 6:4, 6:4) hesabı ilə qələbə qazanıb.

Cokoviç karyerası ərzində ikinci dəfədir ki, US Open turnirinin qalibi olur. O, bu turnirdə ilk qələbəsini 2011-ci ildə qazanmışdı.