Tennis

4 saat 12 dəqiqə davam edən matçın sonunda gülən tərəf Cokoviç oldu

"Rolan Qarros"da kişilərin mübarizəsində sonuncu finalçının kimliyinə aydınlıq gəlib.

"Rolan Qarros"da kişilərin mübarizəsində sonuncu finalçının kimliyinə aydınlıq gəlib.

Novak Cokoviç Endi Marreylə üz-üzə gəlib. Xəbər verdiyimiz kimi, hesab 2:1 (6:3, 6:3, 5:7, 3:3) Cokoviçin xeyrinə olarkən, oyun havanın qaralması səbəbindən təxirə salınmışdı. Bu gün matç qaldığı yerdən davam edib.

Dördüncü setin 11-ci qeymində breyk edən Marrey hesaba tarazlıq gətirib. Həlledici - beşinci setdə isə 2 dəfə şotland tennisçinin servisini qıran Cokoviç 4 saat 12 dəqiqə davam edən görüşdən 3:2 hesabı ilə qalib ayrılaraq finalda Stanislas Vavrinkanın rəqibi olub.

Cokoviç - Marrey - 3:2 (6:3, 6:3, 5:7, 5:7, 6:1)