Tennis

Endi Marrey "Adidas"dan imtina etdi

Ulduz tennisçi Endi Marrey "Adidas"la əməkdaşlıqdan imtina edib.

Məşhur idman geyimləri markası olan "Adidas"la müqaviləsi bitən şotland raketka ustası saziş yeniləməkdən imtina edib. O, artıq "Under Armour"la əməkdaşlığa başlayıb.

Maraqlısı odur ki, Marrey "Under Armour"la olan sponsorluq anlaşmasından "Adidas"la müqayisədə daha az gəlir əldə edəcək.

Sloan Stivens və Robbi Jinepri də "Under Armour"un geyimlərindən istifadə edir.