Tennis

Serena Uilyams: "Əfsanə olacağımı düşünmürdüm"

Dünya bir nömrəsi Serena Uilyams 2015-ci ildəki məqsədlərindən danışıb.

ABŞ-dan olan raketka ustası karyerasının əvvəlində nə vaxtsa əfsanə ola biləcəyini düşünmədiyini bildirib:

"Düzünü desəm, karyeramın əvvəllərində 18 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olacağımı və əfsanələr arasına girəcəyimi düşünmürdüm. Evert və Navratilova kimi tennisçilərə çatmaq yuxu kimi bir şeydi.

Şteffi Qraf 22 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olub. Əlbəttə, mən də qazana biləcəyim qədər qazanacağam. Karyeram boyunca addım-addım irəliləmişəm. Yeni mövsümdə əsas məqsədim "Böyük Dəbilqə" turnirlərini qazanmaqdı. Məqsədimə çatmaq üçün məşqlərimi davam etdirirəm".