Tennis

Ulduz tennisçi model olacaq

Ulduz tennisçi Yejeni Buşar məşhur WME-IMG model agentliyi ilə əməkdaşlığa başlayıb.

20 yaşlı raketka ustası Anna Kurnikova və Ana İvanoviçin də birgə çalışdığı agentliklə müqavilə imzalaqdan məmnun olduğunu bildirib.

WME-IMG-in rəhbəri Patrik Vitsell də yeni əməkdaşlıqla bağlı fikirlərini media nümayəndələri ilə bölüşüb:

"Buşar çox istedadlı tennisçidi. O, gözəlliyi ilə də önə çıxır. Əminəm ki, həm tennis karyerasında, həm də moda dünyasında uğurlar qazanacaq".