Tennis

Novak Cokoviç İlin İdmançısı seçildi

Novak Cokoviç Serbiya Olimpiya Komitəsi tərəfindən ənənəvi olaraq hər il təqdim olunan İlin İdmançısı mükafatına layiq görülüb.

IPTL turnirində iştirak etməsi səbəbindən mükafatlandırma mərasiminə qatıla bilməyən dünya bir nömrəsi Serbiya Olimpiya Komitəsinə təşəkkürünü bildirib:

"İlk öncə Serbiya Olimpiya Komitəsinin mənə səs verən bütün üzvlərinə təşəkkürümü bildirirəm. Təəssüf ki, mükafatlandırma mərasimində iştirak edə bilmirəm. Ümid edirəm ki, əyləncəli gecə keçirmisiniz. Orda olan bütün idmançılara salam göndərirəm və hamısına təşəkkür edirəm".

Novak Cokoviç 5-ci dəfə (2007, 2010, 2011, 2013, 2014) sözügedən mükafata layiq görülüb.