Tennis

Tennisdə rekord anlaşma

WTA (Qadın Tennisçilər Birliyi) qarşıdakı 10 ilin yayım haqlarını 525 milyon dollar qarşılığında PERFORM qrupuna satıb. Bu müddət ərzində təxminən 2 min matçın canlı yayımlanması planlaşdırılır.

WTA prezidenti Steysi Olaster yeni əməkdaşlıq anlaşmasını belə dəyərləndirib:

"Artıq tamaşaçılar sevdikləri və fanatı olduqları tennisçiləri daha asanlıqla izləyə biləcəklər".

Tennisdə ilk dəfə yayım haqları belə yüksək məbləğ qarşılığında satılıb. Bu mənada sözügedən anlaşma tennis tarixinə düşüb.

Sazişə əsasən, təklərdə WTA-nın bayrağı altında keçirilən bütün turnirlərin əsas mərhələləri TV vasitəsilə canlı yayımlanacaq. Həmçinin cütlərin yarımfinal və final matçlarının canlı yayımı da nəzərdə tutulub.