Tennis

Tennis dünyasında şok

Tennis hakimi Morqan Lamri 2012-2013-cü illərdə idarə etdiyi görüşlərdə oyun alqı-satqısı ilə məşğul olduğuna görə ömürlük tennisdən uzaqlaşdırılıb.

Tennis hakimi Morqan Lamri 2012-2013-cü illərdə idarə etdiyi görüşlərdə oyun alqı-satqısı ilə məşğul olduğuna görə ömürlük tennisdən uzaqlaşdırılıb.

Beynəlxalq Tennis Federasiyası (ITF), Professional Tennisçilər Birliyi (ATP) və Qadın Tennisçilər Birliyinin (WTA) birgə təşəbbüsü ilə 2008-ci ildə yaradılan Tennis Dürüstlük Birliyi (TIU) fransız hakimin qarşılaşmalara mərc oynadığını və oyunun gedişatını bu səbəbdən dəyişdirməyə çalışdığını ortaya çıxarıb.

Lamri bu cəzadan narazı olsa da, apellyasiya verməkdən imtina edib.