Tennis

Novak Cokoviçin yuxusuz gecələri başladı

Oktyabr ayında ata olan Novak Cokoviç yeni həyatı haqqında maraqlı açıqlamalar verib.

Oktyabr ayında ata olan Novak Cokoviç yeni həyatı haqqında maraqlı açıqlamalar verib:

"Son 3 həftənin böyük hissəsini həyat yoldaşım və uşağımla keçirmişəm. Yuxusuz gecələr həyatımı çətinləşdirib, ancaq bundan aldığım zövqü sözlərlə başa sala bilmərəm.

Yelena ilə 9 illik münasibətimiz var idi. Nəhayət ki, evləndik və ata oldum".

Dünyanın bir nömrəli raketka ustası Novak Cokoviç iyul ayında Yelena Ristiç ilə ailə həyatı qurmuşdu.