Tennis

"Nadala inanıram"

Rafael Nadalın yaxın dostu olan sabiq ulduz tennisçi Karlos Moyya ispan raketka ustasının kortlara daha da yaxşı vəziyyətdə qayıdacağına inanır.

Rafael Nadalın yaxın dostu olan sabiq ulduz tennisçi Karlos Moyya ispan raketka ustasının kortlara daha da yaxşı vəziyyətdə qayıdacağına inanır:

"Nadal ötən günlərdə məşqlərə başlayıb. Onunla tez-tez əlaqə saxlayırıq. Bir neçə dəfə zədələnib, amma hamısında geri qayıtmağı bacarıb. Ona inanıram.

Nadal IPTL turnirinə qatılacağı üçün çox həyəcanlanırdı. Ancaq hazır olmadığı üçün bu, baş tutmadı. Rafa artıq növbəti mövsümə hazırlaşır və motivasiyası olduqca yüksəkdi".