Tennis

Serena Uilyamsın komandası ilk qələbəsini qazandı

Tennis tarixində ilk dəfə keçirilən IPTL turnirində 5-ci tura yekun vurulub.

Tennis tarixində ilk dəfə keçirilən IPTL turnirində 5-ci tura yekun vurulub.

Serena Uilyamsın çıxış etdiyi "DBS Singapore Slammers" "Micromax Indian Aces"i məğlub edərək ilk qələbəsini qazanıb. Qarşılaşmanın qalibini müəyyənləşdirmək üçün Tomaş Berdıx və Qael Monfils arasında "Super Shoot Out" oynanılıb və çex raketka ustası 10-6 hesabı ilə üstün olub.

"DBS Singapore Slammers" – "Micromax Indian Aces" – 24:23

Tomaş Berdıx ("Slammers") – Qael Monfils ("Aces") – 6:2

Serena Uilyams ("Slammers") – Ana İvanoviç ("Aces") – 6:4

Sanya Mirzə / Rohan Bopanna ("Aces") – Serena Uilyams / Bruno Suares ("Slammers") – 6:3

Lleyton Hyuitt / Nik Kirqios ("Slammers") – Qael Monfils /Rohan Bopanna ("Aces") – 6:5

Fabris Santoro ("Aces") – Andre Aqassi ("Slammers") – 6:2

"Super Shoot Out": Tomaş Berdıx ("Slammers") – Qael Monfils ("Aces") – 10:6