Tennis

Mariya Şarapova etiraf etdi: "Yemək bişirə bilmirəm"

"Yahoo Beauty"ə müsahibə verən ulduz tennisçi Mariya Şarapova maraqlı açıqlamalarla yadda qalıb.

"Yahoo Beauty"ə müsahibə verən ulduz tennisçi Mariya Şarapova maraqlı açıqlamalarla yadda qalıb. Özünə məxsus "Sugarpova" şirkəti ilə biznes dünyasına addım atan rus raketka ustası yemək bişirə bilmədiyini etiraf edib:

"Əlbəttə, bəyənmədiyim çox cəhətim var. Məsələn, yemək bişirə bilmirəm. Həmçinin digər qızlarla müqayisədə çox pis rəqs edirəm.

Modelliklə məşğul olmaq və reklamlarda oynamaq isə işimin bir hissəsidi. Bununla qürur duyuram".

Maşa həmçinin ölkəsində məşhur olan arağı bəyənmədiyini də sözlərinə əlavə edib:

"Ölkəmdə adətən araq çox içilir, ancaq mən xoşlamıram. Kokteyllərə üstünlük verirəm".