Tennis

"Avstraliya Open"in təşkilatçıları isti hava ilə belə mübarizə aparacaqlar

Tennisdə böyük dəbilqə turnirlərindən "Avstraliya Open"in təşkilatçıları havanın temperaturu 40 dərəcədən artıq olacağı təqdirdə "yüksək istilik siyasəti"ndə dəyişiklik edəcəklərini bildiriblər.

Tennisdə böyük dəbilqə turnirlərindən "Avstraliya Open"in təşkilatçıları havanın temperaturu 40 dərəcədən artıq olacağı təqdirdə "yüksək istilik siyasəti"ndə dəyişiklik edəcəklərini bildiriblər.

Turnirin icraçı direktoru Kreyq Tayli bu barədə məlumat verib:

"Havanın temperaturu 40 dərəcəni keçdikdən sonra "yüksək istəlik siyasəti" həyata keçiriləcək və matçlara fasilə veriləcək. Fövqəladə hallar istisna olmaqla, setlər sona qədər oynanılacaq, setin ardından isə oyun dayandırılacaq.

Müşahidələrə əsasən, bu il havanın temperaturu keçən illə müqayisədə daha isti olacaq. Həmçinin rütubət də artıq olacaq. Bu səbəblərə görə, dəyişiklik etmək qərarına gəlmişik".

Xatırladaq ki, 2015-ci il tennis mövsümünün ilk böyük dəbilqə turniri hesab olunan "Avstraliya Open" yanvarın 13-də start götürəcək.