Tennis

Rafael Nadal "Malyorkanın ən çox sevilən oğlu" seçildi

Ulduz tennisçi Rafael Nadal Malyorka icra hakimiyyəti tərəfindən "Şəhərin ən çox sevilən oğlu" fəxri adı ilə təltif olunub.

Ulduz tennisçi Rafael Nadal Malyorka icra hakimiyyəti tərəfindən "Şəhərin ən çox sevilən oğlu" fəxri adı ilə təltif olunub.

Mükafatlandırma mərasimi "Consell de Mallorca"da keçirilib. Mərasimdə Nadalın sevgilisilə yanaşı, valideynləri və yaxın qohumları da iştirak ediblər. Qeyd edək ki, ispan raketka ustası sözügedən mükafata layiq görülən 11-ci şəxsdi. Lakin digərlərindən fərqli olaraq, o, ölümündən öncə "Malyorkanın ən çox sevilən oğlu" seçilib.

Rafa sevincini gizlətməyib:

"Malyorkalı olmağımla fəxr edirəm. Başqa ölkələrdə yarışlarda iştirak edən zaman uduzub-uduzmamağımdan asılı olmayaraq, Malyorkaya tez qayıda bilmək üçün ən qısa yolu axtarıram".

NBA-da "Çikaqo Bulls" forması geyən Pau Qazol şəxsi "Twitter" hesabı vasitəsilə təbrik etməyi unutmayıb:

"Səni "Malyorkanın ən çox sevilən oğlu" seçilməyin münasibətilə təbrik edirəm. Bu, bizim hamımız üçün nümunə olmalıdı".

Mükafatlandırma mərasimindən görüntüləri təqdim edirik.