İtaliya

İtaliyanın “super”i - Yuventus!

Futbol üzrə İtaliya Super Kubokunun yeni qalibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, həlledici oyunda A Seriyasının və İtaliya Kubokunun sonuncu qalibi “Yuventus”la kubokun finalçısı “Milan” üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Kristiano Ronaldonun vurduğu yeganə qol Turin təmsilçisinə titul qazandırıb.

Bununla da “Yuventus” tarixində 8-ci dəfə İtaliya Super Kubokunun qalibi olub və bu turnirdəki titul sayında “Milan”ı (7 dəfə) qabaqlayaraq, mütləq rekordçu olub. Turinlilər 1995, 1997, 2002, 2003, 2012, 2013 və 2015-ci illərdə də titula sahib çıxıb.
 
İtaliya Super Kuboku
16 yanvar

Yuventus - Milan 1:0
Qol: Ronaldo, 61.