İtaliya

Hollandiyalı futbolçu İtaliya klubunda

İngiltərənin “Uotford” klubunun müdafiəçisi Marvin Zeqelar karyerasını İtaliyada davam etdirəcək.

Dsport.az xəbər verir ki, “Udineze” 28 yaşlı futbolçunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Hollandiyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında A Seriyası təmsilçisində çıxış edəcək.

Karyerası ərzində “Ayaks”, “Blekpul” kimi klublarda forma geyinən Zeqelar, 2017-ci ildə Portuqaliyanın “Sportinq” klubundan “Uotford”a keçib.