İtaliya

A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Frozinone” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Luka Valzaniyanı heyətinə qatıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Valzaniya mövsümün sonuna qədər icarə əsasında “Frozinone”də çıxış edəcək.

22 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Atalanta” formasıyla 4 qarşılaşmada iştirak edib.