İtaliya

“Napoli”dən darmadağın, “Roma”dan xal itkisi

Futbol üzrə İtaliya A Seriyasında 15-ci turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub. 

"Napoli" doğma meydanda "Frozinone"ni 4 cavabsız qolla məğlub edib. 

"Roma" "Kalyari" ilə səfər oyununda qələbəni əldən verib. 

Paytaxtın digər təmsilçisi "Latsio" da "Sampdoriya" ilə ev oyununda xal itirib.

İtaliya A Seriyası
15-ci tur

7 dekabr

Yuventus - İnter 1:0
Qol: Mandzukiç, 66.

8 dekabr

Napoli - Frozinone 4:0
Qol: Zelinski, 7. Onas, 40. Milik, 68; 84.

Kalyari - Roma 2:2
Qol: İonita, 84. Sau, 90 - Kristante, 14. Kolarov, 41.

Latsio - Sampdoriya 2:2
Qol: Açerbi, 79. İmmobile, 90-pen - Kvalyarella, 21. Saponara, 90.

9 dekabr

15:30 Sassuolo - Fiorentina
18:00 Empoli - Bolonya
18:00 Parma - Kyevo
18:00 Udineze - Atalanta
21:00 Cenoa - SPAL
23:30 Milan - Torino