İtaliya

“Milan”da daha bir ciddi itki

İtaliyanın “Milan” klubu daha bir ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisinin futbolçusu Cakomo Bonaventura zədələnib. Bu barədə İtaliyanın “Football İtalia” saytı məlumat yayıb.

Xəbərdə futbolçunun müayinədən keçəcəyi, böyük ehtimalla, əməliyyat olacağı bildirilib. 29 yaşlı futbolçunun əməliyyat olacağı təqdirdə, 3-5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Milan”da Mattia Kaldara, Mateo Mussakio və Lukas Bilya da zədədən əziyyət çəkir. Hər üç futbolçunun 2019-cu ildə yaşıl meydanlara qayıdacağı gözlənilir.

Ürəyində problem olan İvan Ştriniçin isə artıq sağaldığı və yenidən komandayla birgə məşqlərə başlayacağı deyilir.