İtaliya

Qonsalo İquaynın cəzası bəlli oldu

İtaliyanın Milan klubunun hücumçusu Qonsalo İquayn 2 oyunluq cəzalanıb.

Dsport.az xəbər verir ki, buna 31 yaşlı hücumçunun İtaliya A Seriyasının 12-ci turu çərçivəsində “Yuventus”a qarşı keçirdikləri ev oyununda qırmızı vərəqə ilə cəzalanması səbəb olub.

Argentinalı forvard 83-cü dəqiqədə sarı vərəqə alıb. Lakin o, qarşılaşmanın baş hakimi Paoli Matsoleni ilə mübahisə etdikdən sonra ikinci sarı vərəqəni alıb və meydandan qovulub. 

Sözügedən oyun isə “Milan”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, İquayn "Parma" və "Latsio" ilə oyunlarda komandasına kömək edə bilməyəcək. 

Xatırladaq ki, argentinalı hücumçu bu mövsümün əvvəlində məhz "Yuventus"dan "Milan"a transfer olunub.