İtaliya

İtaliya klubunda baş məşqçi istefası

İtaliyanın “Kyevo” klubu baş məşqçisi Canpyero Ventura ilə yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, A Seriyası təmsilçisi ilə 70 yaşlı mütəxəssis arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Venturanın rəhbərliyi altında 4 oyun keçirən komanda bu matçların üçündə məğlub olub, bir görüşdə isə heç-heçə edib.

Ventura oktyabrın 10-da "Kyevo"ya baş məşqçi təyin olunmuşdu. Klub italiyalı məşqçi ilə 2 illik müqavilə imzalamışdı.

Xatırladaq ki, "Kyevo" İtaliya A seriyasında 12 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb. Komanda bu mövsüm 3 heç-heçə etsə də, daha əvvəl hesabından 3 xal silindiyinə görə, hələ də xalsızdı.