İtaliya

“Yuventus”dan tarixi rekord

“Yuventus” adını İtaliya A Seriyasının tarixinə yazdırıb.

Dsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi dünən keçirilən qarşılaşmada “Milan”ı 2:0 hesabı ilə məğlub edərək, turnir cədvəlində xallarının sayını 34-ə yüksəldib. 

Bu isə A Seriyası tarixində 12 oyunda ən yüksək nəticədi. İndiyə qədər heç bir klub İtaliya çempionatının ilk 12 turunda bu qədər xal toplamamışdı.

“Yuventus” 12 oyunda 11 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib.