İtaliya

“Milan”ın futbolçusu 4 aylıq sıradan çıxdı

İtaliyanın “Milan” klubunun futbolçusu Lukas Bilya uzun müddətə sıradan çıxıb. 

Dsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi Finlandiyada əməliyyat olunub. Argentinalı oyunçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, Lukas Bilya komandanın məşqində zədələnib. O, İtaliya A Seriyasında 9 oyunda meydanda olub. "Milan" 11 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb.