İtaliya

“İnter”də ağır itki: “Barselona” ilə matçda olmayacaq

İtaliyanın “İnter” klubu UEFA Çempionlar Liqasında “Barselona” ilə qarşılaşacağı oyuna ciddi itki ilə çıxacaq.

Dsport.az xəbər verir ki, belçikalı futbolçu Raca Nainqqolan bu matçda komandasına kömək edə bilməyəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“İnter” - “Milan” matçında zədələnərək, 30-cu dəqiqədə meydanı tərk edən Nainqqolanın nə qədər yaşıl meydanlardan uzaq qalacağı tibbi testlərdən sonra bilinəcək.

“İnter” - “Milan” görüşü ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oktyabrın 24-də keçiriləcək "Barselona" - "İnter" görüşünə saat 23:00-da start veriləcək.