İtaliya

Milan derbisində “İnter” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 9-cu turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

“Latsio” səfərdə “Parma”nı 2 cavabsız qolla üstələyib. “Atalanta” isə “Kyevo”nu darmadağın edib.

Altı qolun qeydə alındığı “Frozinone” - “Empoli”, eləcə də dörd qolluq “Bolonya” - “Torino” matçlarında qalib müəyyənləşməyib. “Fiorentina” da evdə “Kalyari” ilə “sülh bağlayıb”.

Turun mərkəzi qarşılaşması isə Milanda baş tutub. Milan şəhərinin iki təmsilçisi - “İnter” və “Milan” üz-üzə gəlib. Derbidə son dəqiqə qolu ilə sevinən tərəf "İnter" olub.

İtaliya A Seriyası
9-cu tur
20 oktyabr

Roma - SPAL 0:2
Qol: Petanya, 38-pen. Bonifazi, 56.

Yuventus - Cenoa 1:1
Qol: Ronaldo, 18 - Bessa, 67.

Udineze - Napoli 0:3
Qol: Ruis, 14. Mertens, 82-pen. Roq, 85.

21 oktyabr

Frozinone - Empoli 3:3
Qol: Silvestre, 8-öz qapısına. Ciofani, 54-pen; 63 - Zayç, 32. Silvestre, 48. S.Uçan, 79.

Kyevo - Atalanta 1:5
Qol: Birsa, 84-pen - De Roon, 25. İliçiç, 28; 50; 52. Qosens, 72.

Bolonya - Torino 2:2
Qol: Santander, 59. Kalabresi, 77 – Falke, 13. Baselli, 54.

Parma - Latsio 0:2
Qol: İmmobile, 81-pen. Korrea, 90.

Fiorentina - Kalyari 1:1
Qol: Veretu, 60 - Pavoletti, 69.

İnter - Milan 1:0
Qol: İkardi, 90+2.

22 oktyabr

22:30 Sampdoriya - Sassuolo