İtaliya

“Yuventus”dan ilk xal itkisi, “Napoli”dən darmadağın

Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub. 

Turun açılış matçında “Roma” SPAL-la qarşılaşıb və gözlənilməz məğlubiyyətlə üzləşib.

8 turdan sonra maksimum nəticə toplayan “Yuventus” “Cenoa”nı sınağa çəkib. Turin klubu bu oyunda ilk xal itkisi ilə üzləşib.

Liderin əsas izləyicisi "Napoli" "Yuventus"un xal itkisindən makimum yararlanıb. Neapol təmsilçisi səfərdə "Udineze"ni böyük hesabla məğlub edib.

İtaliya A Seriyası
9-cu tur

20 oktyabr

Roma - SPAL 0:2
Qol: Petanya, 38-pen. Bonifazi, 56.

Yuventus - Cenoa 1:1
Qol: Ronaldo, 18 - Bessa, 67.

Udineze - Napoli 0:3
Qol: Ruis, 14. Mertens, 82-pen. Roq, 85.

21 oktyabr

14:30 Frozinone - Empoli
17:00 Kyevo - Atalanta
17:00 Bolonya - Torino
17:00 Parma - Latsio
20:00 Fiorentina - Kalyari
22:30 İnter - Milan

22 oktyabr

22:30 Sampdoriya - Sassuolo