İtaliya

Paytaxt klubunda ciddi itki

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Dieqo Perotti zədələnib. Bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

Perotti 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. “Roma”da Perotti ilə yanaşı, Rik Karsdorp da zədədən əziyyət çəkir.

“Roma” İtaliya A Seriyasında 8 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.