İtaliya

A Seriyası klubunda yeni baş məşqçi

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı mütəxəssis İvan Yuriçə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

43 yaşlı mütəxəssis baş məşqçi postunda italiyalı Davide Ballardinini əvəzləyib. Hansı ki, bu məşqçi son turda doğma meydanda “Parma”ya 1:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Yuriç 2016/17 mövsümündə də “Cenoa”da çalışıb.

Genuya təmsilçisi 8 turdan sonra 12 xalla 12-ci pillədə qərarlaşıb.