İtaliya

“Milan”la “Napoli” evdə, “İnter” səfərdə qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun qalan bütün görüşləri bazar gününə təsadüf edib.

“Milan” doğma meydanda “Kyevo”ya, “Latsio” “Fiorentina”ya, “Napoli” isə “Sassuolo”ya qalib gəlib. Səfərdə SPAL-la qarşılaşan “İnter” bu görüşdən əzmkar qələbə ilə ayrılıb.

Dörd qolun qeydə alındığı “Cenoa” - “Parma” matçında qonaqlar seviniblər. “Atalanta” isə evdə “Sampdoriya”ya minimal hesabla uduzub.

İtaliya A Seriyası
8-ci tur

5 oktyabr

Torino - Frozinone 3:2
Qol: Rinkon, 20. Bazelli, 46. Berencer, 71 – Qoldaniqa, 58. Kiano, 64.

6 oktyabr

Kalyari - Bolonya 2:0
Qol: J.Pedro, 22. Pavoletti, 68.

Udineze - Yuventus 0:2
Qol: Bentankur, 33. Ronaldo, 37.

Empoli - Roma 0:2
Qol: Nzonzi, 36. Dzeko, 85.

7 oktyabr

Cenoa - Parma 1:3
Qol: Piatek, 6 - Riqoni, 16. Siliqardi, 26. Fabio Keravolo, 30.

Milan - Kyevo 3:1
Qol: İquayn, 27; 34. Bonaventura, 56 - Pellisye, 63.

Atalanta - Sampdoriya 0:1
Qol: Tonelli, 71.

Latsio - Fiorentina 1:0
Qol: İmmobile, 37.

Napoli - Sassuolo 2:0
Qol: Onas, 3. İnsinye, 72.

SPAL - İnter 1:2
Qol: Paloşi, 72 - İkardi, 14; 78.