İtaliya

“Yuventus”la “Napoli”dən inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Dsport.az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun günündə təsadüf edib.

Çempionatda yoluna itkisiz davam edən “Yuventus” “Frozinone” səfərinə yollanıb. Turin təmsilçisi bu dəfə də inamlı qələbəyə sevinib.

“Napoli” isə bu turda çətin “Torino” səfərinə yollanıb. Neapol təmsilçisi inamlı qələbəyə sevinib. 

“Milan” “Atalanta” ilə görüşdə xal itkisi ilə üzləşib. “Roma” isə “Bolonya”ya məğlub olub.

İtaliya A Seriyası
5-ci tur
21 sentyabr

Sassuolo - Empoli 3:1
Qol: Boatenq, 13. Ferrari, 57. Di Françesko, 85 - Kaputo, 1.

22 sentyabr

Parma - Kalyari 2:0
Qol: İnqlese, 20. Jervinyo, 47.

Fiorentina - SPAL 3:0
Qol: Pyaça, 18. Milenkoviç, 28. Kyeza, 56.

Sampdoriya - İnter 0:1
Qol: Brozoviç, 90.

23 sentyabr

Torino - Napoli 1:3
Qol: Belotti, 51-pen - İnsinye, 4; 59. Verdi, 20.

Bolonya - Roma 2:0
Qol: Mattielo, 36. Santander, 59.

Kyevo - Udineze 0:2
Qol: De Paul, 76. Lasanya, 90.

Latsio - Cenoa 4:1
Qol: Kaysedo, 7. İmmobile, 23; 89. Saviç, 53 - Piatek, 56.

Milan - Atalanta 2:2
Qol: İquayn, 2. Bonaventura, 61 - P.Qomes, 54. Riqoni, 90.

Frozinone - Yuventus 0:2
Qol: Ronaldo, 81. Bernardeski, 90.