İtaliya

“İnter”ə 1 qol bəs etdi

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura start verilib.

Dsport.az xəbər verir ki, şənbə günü daha 3 görüş baş tutub. 

Mövsümə uğursuz başlayan "İnter" səfərdə "Sampdoriya"nı minimal hesabla üstələyib. 

"Fiorentina" doğma meydanda SPAL-ı darmadağın edib. 

"Parma" isə "Kalyari" ilə ev oyunundan qalib ayrılıb.

İtaliya A Seriyası
5-ci tur

21 sentyabr

Sassuolo - Empoli 3:1
Qol: Boatenq, 13. Ferrari, 57. Di Françesko, 85 - Kaputo, 1.

22 sentyabr

Parma - Kalyari 2:0
Qol: İnqlese, 20. Jervinyo, 47.

Fiorentina - SPAL 3:0
Qol: Pyaça, 18. Milenkoviç, 28. Kyeza, 56.

Sampdoriya - İnter 0:1
Qol: Brozoviç, 90.

23 sentyabr

14:30 Torino - Napoli
17:00 Bolonya - Roma
17:00 Kyevo - Udineze
17:00 Latsio - Cenoa
20:00 Milan - Atalanta
22:30 Frozinone - Yuventus