İtaliya

“Yuventus”un futbolçusuna ağır cəza

İtaliya çempionu “Yuventus”un futbolçusu Duqlas Kosta A Seriyasının 4-cü turunda “Sassuolo” ilə matçda aqressiv hərəkətlər etdiyi üçün cəzalandırılıb.

Dsport.az xəbər verir ki, braziliyalı futbolçu qarşıdaki 4 turda komandasının oyunlarını kənardan izləməli olacaq. 4 oyunluq cəza alan Kosta, “Yuventus”un "Frozinone", "Bolonya", "Napoli" və "Udineze" ilə görüşlərini buraxacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə Kostanın “Sassuolo”nun futbolçusu Federiko Di Françeskonun üzünə tüpürdüyü üçün cəzalandığı bildirilib. Braziliyalı futbolçu həmin epizoddan əvvəl Di Françeskonu başı ilə itələyib və onun sifətinə dirsək zərbəsi endirib.

Matçdan sonra Kosta hərəkətinə görə üzr istəyib.