İtaliya

Ronaldonun “Yuve”də “ayağı açıldı”

İtaliya çempionu “Yuventus”un bu yay heyətinə qatdığı Kristiano Ronaldo nəhayət ki, Turin təmsilçisinin heyətində qol hesabını açıb.

Dsport.az xəbər verir ki, Portuqaliya yığmasının ulduz futbolçusu bu gün A Seriyasının 4-cü turu çərçivəsində “Sassuolo”ya qarşı keçirdikləri ev oyununda (2:1) yeni klubunda ilk qolunu vurub.

Əvvəlki üç turda rəqib qapılarına yol tapa bilməyən Ronaldo bu dəfə dubla imza atmağa nail olub. O, öncə 50-ci dəqiqədə matçda hesabı açıb. 65-ci dəqiqədə isə Kristiano dublunu rəsmiləşdirib.

Ronaldonun qol susqunluğu 320 dəqiqə davam edib. 33 yaşlı portuqaliyalı ulduz 517-ci çempionat matçında 400-cü qolunu vurub. O, bu qollardan 3-nü “Sportinq”də, 84-ünü “Mançester Yunayted”də, 311-ni “Real”da, 2-ni “Yuventus”da vurub.