İtaliya

İtaliya çempionatı da başladı

Futbol üzrə İtaliya A Seriyasında 2018/2019 mövsümü start götürüb.

Dsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Açılış oyununda son çempion “Yuventus” “Kyevo” səfərinə yollanıb. Beş qolun vurulduğu oyunda Turin təmsilçisi dramatik və əzmkar qələbəyə sevinib.

Turun mərkəzi görüşü isə Romada keçirilib. Son mövsümdə çempionluğu son turlarda “Yuventus”a verən “Napoli” səfərdə “Latsio” ilə qarşılaşıb. Oyunda hesabı meydan sahibləri açıb. Amma sonda Neapol təmsilçisi əzmkar qələbə qazanmağı bacarıb.

İtaliya A Seriyası
1-ci tur

18 avqust

Kyevo - Yuventus 2:3
Qol: Stepinski, 38. Qyaççerini, 56-pen - Xedira, 3. Bani, 75-öz qapısına. Bernardeski, 90.

Latsio - Napoli 1:2
Qol: İmmobile, 25 - Milik, 45. İnsinye, 59.

19 avqust

20:00 Torino - Roma
22:30 Bolonya - SPAL
22:30 Empoli - Kalyari
22:30 Parma - Udineze
22:30 Sassuolo - İnter

20 avqust

22:30 Atalanta - Frozinone

Qeyd: Bazar günü keçirilməli olan “Milan” - “Cenoa” və “Sampdoriya” - “Fiorentina” qarşılaşmaları Genuya şəhərindəki körpü qəzası səbəbindən təxirə salınıb.