İtaliya

“Napoli”nin futbolçusu “Sampdoriya”da

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Genuya təmsilçisi A Seriyasının digər iştirakçısı “Napoli”dən Lorenso Tonnellini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

28 yaşlı müdafiəçi 1 mövsümlük icarəyə götürülüb. Lakin cari mövsümün sonunda “Sampdoriya” onun transfer hüququnu da ala bilər.

İtaliyalı futbolçu “Empoli”nin yetirməsidi. O, 2016-cı ildən “Napoli”yə məxsusdu.