İtaliya

“Liverpul”un futbolçusu A Seriyası klubunda

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Liverpul” klubunun estoniyalı müdafiəçisi Raqnar Klavanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu transfer İtaliya klubuna 2 milyon avroya başa gəlib. Estoniya yığmasının 32 yaşlı üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Klavan 2016-cı ildən “Liverpul”da çıxış edirdi. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 1 qola imza atıb.