İtaliya

David Ospina rəsmən “Napoli”də

İtaliyanın “Napoli” klubu London “Arsenal”ının qapıçısı David Ospinanı rəsmən heyətinə qatıb.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi kolumbiyalı qolkiperi 1 illik icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Napoli” Ospina üçün “topçular”a 1 milyon avro ödəyəcək. 

Kolumbiya yığmasından 90-dan çox oyun keçirən 30 yaşlı qolkiper “Arsenal”da 2014-cü ildən çıxış edirdi. O, bu komandada geridə qalan 4 mövsüm ərzində cəmi 70 oyuna çıxıb.