İtaliya

İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

Türkiyə yığmasının və “Fənərbaxça”nın yarımmüdafiəçisi Salih Uçanın İtaliyanın “Empoli” klubuna transferi rəsmiləşib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi bir mövsümlük icarəyə götürdüyü 24 yaşlı futbolçunun keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.

Bu barədə “Fənərbaxça”nın rəsmi saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, 2018/19 mövsümünün sonunda Türkiyə klubu ilə müqaviləsinin müddəti bitməli olan Salihlə yeni - 1 illik anlaşma da imzalanıb. Lakin “Empoli” də bu mövsümün sonunda Uçanın transfer hüququna yiyələnə bilər.

Xatırladaq ki, Salih Uçan 2014-2016-cı illər aralığında da “Roma”da icarədə oynayıb. Geridə qalan mövsümdə isə o, İsveçrənin “Sion” klubuna icarəyə verilmişdi.

“Bucaspor”un yetirməsi olan Salih 2012-ci ildən “Fənərbaxça”ya məxsusdu.