İtaliya

Məşhur hücumçu yenidən İtaliya A Seriyasında

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, yeni mövsümdən A Seriyasında mübarizə aparacaq sözügedən klub son olaraq Çinin "Hebey Çayn Forçun" komandasının formasını geyinən Jervinyonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliya klubu Fil Dişi Sahili yığmasının 31 yaşlı sabiq forvardı ilə 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Jervinyo Fransanın "Lill", İngiltərənin "Arsenal" və İtaliyanın "Roma" klublarında çıxış edib. O, 2015-ci ildə ölkəsinin yığması ilə Afrika Millətlər Kubokunun qalibi olub.