İtaliya

“Milan”dan 2 transfer - RƏSMİ

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçularla gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası nəhəngi İtaliyanın digər klubu “Cenoa”da çıxış edən Dieqo Laksaltı, eləcə də İspaniyanın “Vilyarreal” komandasından Samuel Kastilyexonu heyətinə qatıb. 

Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Laksaltla 4, Kastilyexo ilə 5 illik müqavilə imzalanıb. 

“Milan” 25 yaşlı yarımmüdafiəçi Dieqoya görə “Cenoa”ya 14 milyon avro ödəyəcək. Genuya təmsilçisi bonus olaraq daha 4 milyon avro qazana bilər. Uruqvay yığmasının üzvü “Cenoa”da 2015-ci ildən çıxış edirdi. O, daha öncə İtaliyanın “İnter”, “Bolonya” və “Empoli” klublarında da forma geyinib.

“Vilyarreal”dan gələn Samuelin transferi isə 19 milyon avroya başa gəlib. 23 yaşlı futbolçu La Liqa təmsilçisində 2015-ci ildən çıxış edirdi. O, daha öncə ölkəsinin “Malaqa” klubunda da forma geyinib.