İtaliya

İtaliyalı futbolçu Super Liqa klubunda

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Super Liqa təmsilçisi italiyalı yarımmüdafiəçi Alessio Çerçini heyətinə qatıb. 

31 yaşlı italyan futbolçu paytaxt təmsilçisinə azad agent kimi transfer edilib. Yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.

Karyerası ərzində “Roma”, “Torino”, “Atletiko”, “Milan”, “Cenoa” kimi klublarda forma geyinən Çerçinin son ünvanı “Verona” klubu olub.