İtaliya

Markizio “Yuventus”dan getdi - RƏSMİ

“Yuventus”un italyan yarımmüdafiəçisi Klaudio Markizio komandanı tərk edib.

Dsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib.

Xəbərdə Markizionun müqaviləsinin qarşılıqlı şəkildə razılaşaraq, ləğv edildiyi qeyd olunub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi.

“Yuventus” Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.

Markizio 1993-cü ildən “Yuve”nin aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə “qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə “Empoli”də icarədə olub.