İtaliya

İtaliya klubundan daha bir transfer

İtaliyanın “Frozinone” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası təmsilçisi İtaliyanın digər klubu “Peskara”da çıxış edən müdafiəçi Françesko Zampanonu heyətinə qatıb. Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Lakin gələn yay “Frozinone” “Peskara”ya əlavə 2 milyon avro ödəməklə bu futbolçunun transfer hüququna da yiyələnə bilər.

Zampano geridə qalan mövsümdə də “Udineze”də icarədə oynayıb.