İtaliya

A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi “Udineze”nin müdafiəçisi Danilonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı braziliyalı futbolçu icarəyə götürülüb. Lakin mövsümün sonunda onun “Bolonya”ya birdəfəlik keçidi ilə də bağlı razılıq əldə olunub.

2011-ci ildə “Palmeyras”dan “Udineze”yə transfer olunan Danilo İtaliya klubunda 250-yə yaxın oyun keçirib, 9 qol vurub.