İtaliya

Uruqvay yığmasının üzvü “Milan”da

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, A Seriyası nəhəngi “Cenoa”da çıxış edən Dieqo Laksaltı heyətinə qatıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, tezliklə klubların bu transferi rəsmən açıqlaması gözlənilir. Laksalt isə artıq yerli mətbuata açıqlamasında “Milan”a keçdiyini təsdiqləyib.

Milanlılar 25 yaşlı yarımmüdafiəçiyə görə “Cenoa”ya 14 milyon avro ödəyəcəklər. Genuya təmsilçisi bonus olaraq daha 4 milyon avro da qazana bilər.

Uruqvay yığmasının üzvü “Cenoa”da 2015-ci ildən çıxış edirdi. O, daha öncə İtaliyanın “İnter”, “Bolonya” və “Empoli” klublarında da forma geyinib.