İtaliya

“Barselona”nın futbolçusu İtaliya klubunda

“Barselona”nın futbolçusu karyerasını İtaliyada davam etdirəcək.

Dsport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 22 yaşlı müdafiəçisi Marlon İtaliyanın “Sassuolo” klubuna transfer olunub.

“Sassuolo” braziliyalı futbolçu üçün ispanlara 12 milyon avro ödəyəcək.

Ötən mövsümü icarə əsasında Fransanın “Nitsa” klubunda keçirən “sambaçı”, bu komandada qol hesabını aça bilməmişdi.